İranda ötən gün 3 mindən çox insan koronavirusa yoluxub
Bizi izləyin

Region

İranda ötən gün 3 mindən çox insan koronavirusa yoluxub

İranda ötən sutka ərzində daha 3 076 nəfər yeni koronavirusa (COVID 19) yoluxub.

Bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 35 408 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bu virus nəticəsində ötən sutka 139, ümumilikdə isə indiyədək 2 517 nəfərin öldüyünü təsdiqləyib. 3 206 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

İndiyədək virusdan sağalanların sayı 11 679 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm