• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Türk həkimlər koronavirusun müalicəsində İLKƏ İMZA ATDILAR - VİDEO

  • Region
  • 30 Mart 2020 16:28
  • 29 257 Baxış
Türk həkimlər koronavirusun müalicəsində İLKƏ İMZA ATDILAR - VİDEO

Video əlavə olunub.

***

Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək.

Publika.az
xəbər verir ki, bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib.

A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: “Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli olaraq, biz toplanan qan örnəklərini əvvəlcə test edəcəyik və təmizlədikdən sonra xəstələrin üzərində istifadə edəcəyik”.

Prorektor qeyd edib ki, bu proses rəhbərlik etdiyi universitetdə qurulacaq sistemlə həyata keçiriləcək.

“Bu sistem sayəsində biz xəstənin başqa virusa yoluxması təhlükəsini sıradan çıxaracağıq”, - o bildirib.

Rektor müalicənin necə tətbiq ediləcəyini də açıqlayıb: “Bir insan hər-hansı virusa yoluxduqda onun qanında antikorlar formalaşır. Bunun sayəsində o, xəstəlikdən sağalır. Lakin həmin antikorlar insanın qanında aylarla, hətta illərlə qalır, proteinlər yaradır. Biz bu antikorlardan xəstələrin müalicəsində istifadə edəcəyik. Müalicə uğurlu olarsa, süni tənnəfüs aparatına daha az ehtiyac olacaq. Müalicəyə aprel ayının sonuna kimi başlamağı planlaşdırırıq”.

Asif,

Video: Sevinc Xanqızı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR