Azərbaycan müraciət etdi, Türkiyə “hə” dedi: həkimlərimiz 2 həftə ərzində...
Bizi izləyin

Region

Azərbaycan müraciət etdi, Türkiyə “hə” dedi: həkimlərimiz 2 həftə ərzində...

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkim və tibb işçiləri koronavirusla mübarizə təlimlərinə qatılacaq.

Publika.az xəbər verir ki, təlimlər Ege Universitetində baş tutacaq.

Universitetin rektoru Necdet Budak bildirib ki, təşəbbüs Azərbaycan tərəfinin Türkiyənin Səhiyyə Nazirliyinə müraciəti əsasında həyata keçirilir: “Türkiyənin müxtəlif tibb müəssisələrində işləyən Azərbaycan vətəndaşları olan həkimlər və tibb işçiləri 1-14 aprel tarixlərində Ege Universitetində təlim keçəcək. Təlimdən sonra həmin şəxslər aprelin 14-də Azərbaycana yola salınacaq və burada tibb işçilərinə infeksiya nəzarəti, xəstə baxımı, təşkilatçılıq kimi məsələlərlə bağlı 3 aylıq təlimlər təşkil edəcək. “Bir millət, iki dövlət” sadəcə sözdən ibarət deyil. Dost dar gündə tanınır. Hər iki ölkə bu günə qədər bütün çətin imtahanlardan həmrəyliklə çıxıb. Bundan sonra da belə olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm