Ərdoğan və Putin koronavirus epidemiyasını müzakirə etdi
Bizi izləyin

Region

Ərdoğan və Putin koronavirus epidemiyasını müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, telefon söhbəti zamanı koronavirus epidemiyası və Türkiyədə olan rusların təxliyəsi məsələsi müzakirə olunub. Dövlət başçıları həmçinin Suriyadakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıb, İdlibdə davamlı sabitliyin qorunması üçün razılaşdırılmış məsələlərin həyata keçirilməsini müzakirə edib.

Ərdoğan və Putin müxtəlif formalarda əməkdaşlığın və koordinasiyanın davam etdirilməsinin vacibliyini bildirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm