İranda vəziyyət pisləşdi - Ölənlərin sayı kəskin artır
Bizi izləyin

Region

İranda vəziyyət pisləşdi - Ölənlərin sayı kəskin artır

İranda daha 133 nəfər koronavirusdan ölüb.

Publika.az xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 3 min 872 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, son sutka ərzində 2 min 89 nəfərdə infeksiya aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 62 min 589 nəfər olub.

27 min 39 nəfər sağalaraq evə buraxılıb.

Son rəqəmlərə görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 352 mini ötüb. Onlardan 287 min 699 nəfəri sağalıb, 75 min 300-ü isə ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm