Region
3,7 milyon əhalisi olan ölkə koronavirusa necə qalib gəldi? - ARAŞDIRMA - VİDEO
Video əlavə olunub.
xxx
Yeni tip koronavirusdan ən az əziyyət çəkən ölkələr sırasında yer alan Gürcüstanın bu uğuru bütün dünyada maraq doğurub.
Publika.az xəbər verir ki, hər kəs Gürcüstanın koronavirusa qarşı gördüyü tədbirlər haqqında bilgilər axtarmağa başlayıb.
Təsdiqlənmiş 170 yeni tip koronavirus xəstəsi olan ölkədə bu günə qədər 36 nəfər xəstəlikdən sağalıb, 1 nəfər dünyasını dəyişib. Onun da daha əvvəl xroniki xəstəliyi olduğu ortaya çıxıb.
"Emerging Europe" dərgisində yer alan məqalədə 3,7 milyon əhalisi olan Qafqaz ölkəsinin koronavirusu uzaq məsafədə saxlamaq bacarığına və Gürcüstanın sürətli, qətiyyətli qərarlar qəbul etdiyinə diqqət çəkilib.
Tiflis hökuməti ilk koronavirusa yoluxma faktının 26 fevralda İrandan qayıtmış sərnişində aşkarlanmasından sonra hərəkətə keçib. Baş nazir Giorgi Qaxaria həmin gün nazirliklərarası kabinet təşkil edib. Kabinet 24 saat sonra hər nazirliyə koronavirusa qarşı mübarizə tədbirləri təlimatlarını verib. 28 fevralda İtaliyadan qayıdan bir nəfərdə virus aşkarlanandan sonra bu ölkədən gələn uçuşlar dayandırılıb. 29 fevralda 3-cü koronavirus faktı aşkarlandıqdan dərhal sonra ölkə miqyasında məktəblər bağlanıb. Qısa müddət sonra gecə çölə çıxmaq qadağan edilib. Tiflis metrosu daxil, bəzi ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bütün xarici vətəndaşların ölkəyə girişi qadağan olunub. Yük daşımalarından başqa, sərhəddə bütün hərəkət dayandırılıb. 20 martda bütün aviareyslər dayandırılıb. Məqaləyə görə, pandemiya ilə mübarizədə Milli Xəstəliyə Nəzarət Mərkəzinin bir parçası olan Riçard Luqar Xalq Sağlamlığı Araşdırma Mərkəzi də böyük rol oynayıb.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Sağlamlıq10:38Məşhur həkimdən proqnoz: İnsan ömrü 150 ilə qədər artacaq
-
MDB10:05Ukraynanı yeni silahla vuracaqlar - "Kub-10ME" işə düşür(FOTO)
-
MDB09:54Ruslar rekord həddə ət yeyiblər
-
Maraq dünyası09:21Bəbir ukraynalını səfərbərlikdən belə xilas etdi - VİDEO
-
İdman09:00“Atletiko” dünya çempionunu 20 milyon avroya satdı
-
Region08:48Şort geyinən gənc qızın ayaqlarına zərbə endirdilər - VİDEO
-
Region08:24Türkiyə səhəri güclü zəlzələ ilə açdı
-
Ekologiya07:17Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU


























.jpg)








