Türk professor koronavirusu izolyasiya etməyi bacardı
Bizi izləyin

Region

Türk professor koronavirusu izolyasiya etməyi bacardı

Türkiyənin Ərciyəs Universiteti Peyvənd Araşdırma Mərkəzinin (ERAGEM) müdiri Aykut Özdarendeli və komandası koronavirus hüceyrəsini Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL 3) laboratoriya şəraitində izolyasiya etməyi bacarıb.

Publika.az xəbər verir ki, professor məsələ ilə bağlı verdiyi açıqlamada virusun izolyasiya edilməsi və hüceyrə sisteminə adaptasiya olunmasının Kovid-19-un biologiyasının, patogenezinin ortaya qoyulmasında əhəmiyyətli rol oynadığını bildirib.

Eyni zamanda, bu iş koronavirusa qarşı peyvənd hazırlığına yaxından kömək edəcək.

Qeyd edək ki, Aykut Özdarendeli və komandası 2015-ci ildə Krım-Konqo qanamalı qızdırma peyvəndinin insanlar üzərində sınaqdan keçirilməsində uğur əldə etmiş və epidemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm