SON DƏQİQƏ: Türkiyədə ŞOK İSTEFA - "Məni bağışlayın"
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyədə ŞOK İSTEFA - "Məni bağışlayın"

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib.

Publika.az xəbər verir ki, bu barədə özü açıqlama verib. O istefa ilə bağlı açıqlamasında qeyd edib:

“Böyük səylə həyata keçirdiyimiz bu prosesdə epidemiyanın qarşısının alınması üçün həftə sonu küçəyə çıxma qadağasının tətbiq olunması məsuliyyəti tamamilə mənə aiddir. Məhdud saatlarda olsa da ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu proseslə uzlaşmadı. Məsuliyyəti üzərimizdə olan bu hadisə belə görüntülərə yol açmamalı idi. Heç bir zaman zərər vermək istəmədiyimiz əziz millətimiz və həyatımın sonuna qədər sadiq olacağım cənab prezident məni bağışlasın. Qürurla icra etdiyim Daxili İşlər naziri postundan ayrılıram”.

Qeyd edək ki, ötən gün komendant saatı elan olunduqdan sonra insanlar mağazalara axın etmiş bu da birmənalı qarşılanmamışdı.

Əlavə edək ki, Süleyman Soylunun istefasının prezident tərəfindən qəbul olunub-olunmadığı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm