Türkiyə korona ilə mübarizədə daha bir İLKƏ İMZA ATDI - FOTO
Bizi izləyin

Region

Türkiyə korona ilə mübarizədə daha bir İLKƏ İMZA ATDI - FOTO

Türkiyənin Maşın və Kimya Sənayesi Korporasiyası mexaniki süni tənəffüs aparatları istehsal edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Hulusi Akar danışıb.

Nazir bildirib ki, 100% yerli və milli imkanlar daxilində istehsal edilən aparatlara “Səhra” adı verilib: “Səhra”nın dünyadakı bənzərlərindən fərqi daha az maliyyə vəsaiti tələb etməsidir. Hədəfimiz həftədə 500 mexaniki cihaz istehsal etmək və dost, müttəfiq ölkələrin tələbatını qarşılaya bilməkdir”.

Tənəffüs çatışmazlığı və qanda oksigenin azalmasından dolayı vəziyyəti ağırlaşan Kovid-19 xəstəsinə əsasən tənəffüs dəstəyini təmin etmə qabiliyyətinə malik cihaz bu tipdə başqa xəstələr üçün də istifadə olunacaq. Cihaz istənilən şəraitdə istifadəyə yararlı olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm