Ərdoğan və Putin yeni növ koronavirusa qarşı mübarizə yollarını müzakirə etdi
Bizi izləyin

Region

Ərdoğan və Putin yeni növ koronavirusa qarşı mübarizə yollarını müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, telefon söhbəti zamanı yeni növ koronavirusa qarşı mübarizədə əməkdaşlıq məsələləri, iki ölkə arasındakı münasibətlər və regional mövzular müzakirə edilib.

Prezidentlər iki ölkə arasında və regional məsələlərdə yaxın əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm