Mübahisəli karantin qərarı - İran məhdudiyyətləri aradan qaldırır
Bizi izləyin

Region

Mübahisəli karantin qərarı - İran məhdudiyyətləri aradan qaldırır

İran koronavirus pandemiyasına qarşı görülən tədbirlər nəticəsində bağlanan park və bağçaları yenidən əhalinin xidmətinə açıb.

Publika.az IRNA-ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər nazirinin müavini Hüseyn Zülfiqari Koronavirusla Mübarizə Komitəsinin təsdiqi ilə bəzi məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Daha əvvəl pandemiyanın ikinci dalğasının gözlənildiyi ölkədə yoluxma faktının azalması ilə birlikdə kəskin tədbirlərin yumşaldılması həyata keçirilir.

Qərar çərçivəsində bu gün ilk olaraq paytaxt Tehrandakı park və bağçalar istifadəyə verilib.

Hökumət sosial məsafənin qorunması şərtilə karantin rejiminin mərhələli şəkildə qaldırılması siyasəti aparır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm