Ruhanidən ABŞ-a sərt ULTİMATUM: bura Nyu-York deyil
Bizi izləyin

Region

Ruhanidən ABŞ-a sərt ULTİMATUM: bura Nyu-York deyil

“Bura Fars (Bəsrə) körfəzidir, Nyu-York körfəzi deyil”.

Publika.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Nazirlər Kabinetinin toplantısında ABŞ-la Bəsrə körfəzində yaşanan gərginliyə dair danışan prezident Bəsrənin İran millətinə aid olduğunu diqqətə çatdırıb: “Bu körfəzin adı Fars olaraq qalacaq. Amerikalılar onun adının, Nyu-York və ya Vaşinqton körfəzi olmadığını bilməlidir. Silahlı Qüvvələrimiz hər zaman körfəzin mühafizəçisi oldu və olmağa davam edəcək”.

Ölkəsində bu zamana qədər 6 minə yaxın can alan koronavirus pandemiyası ilə bağlı danışan Ruhani bu durumun nə zamana qədər davam edəcəyini kimsənin bilmədiyini qeyd edib. O, pandemiyaya qarşı tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm