Türkiyədən düşmənlərini qorxuya salacaq HƏMLƏ: analoqu olmayan döyüş təyyarələrini...
Bizi izləyin

Region

Türkiyədən düşmənlərini qorxuya salacaq HƏMLƏ: analoqu olmayan döyüş təyyarələrini...

Türkiyənin müdafiə sənayesində proqram əsaslı işlərə imza atan HAVELSAN Milli Döyüş Təyyarəsi Layihəsinə daxil edilib.

Publika.az
xəbər verir ki, layihənin baş direktoru Əhməd Həmdi Atalay MMU-nun Türkiyəni daha üst seqmentə daşıya biləcəyini qeyd edib.

Direktor əlavə edib ki, 5-ci nəsil döyüş təyyarəsi hazırlamaq iqtidarında olan az ölkə var: “İnşallah bu azsaylı ölkələr siyahısına daxil olacağıq. Təyyarənin 2023-cü ildə təqdimatı gözlənilir. Bu layihədə istədiyimiz nöqtəyə çatmaq üçün uzun illər çalışmalıyıq. Bu təyyarə "uçan kompüter" adlandıra biləcəyimiz məhsuldur. Yəni 20 milyon kodun və yüzlərlə modul proqramın birlikdə işləyəcəyi uçan bir kompüterdir. Buna görə HAVELSAN əsas oyunçulardan biri olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm