Ruhanidən Tramp haqqında DƏHŞƏTLİ SÖZLƏR: “Hər zaman terrorçu idilər, amma bu...” - - VİDEO
Bizi izləyin

Region

Ruhanidən Tramp haqqında DƏHŞƏTLİ SÖZLƏR: “Hər zaman terrorçu idilər, amma bu...” - - VİDEO

Video əlavə olunub.

xxx

Donald Tramp Administrasiyası ABŞ tarixinin ən bərbad hökumətidir.

Publika.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Nazirlər Kabinetinin toplantısında çıxış edən prezident ABŞ-ın hər zaman “terrorçu” olduğunu, lakin bu qədərini özlərinin belə gözləmədiklərini bildirib: “ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən iki il ötür. Bu iki il boyunca ABŞ tarixinin ən pis hökuməti ilə qarşı-qarşıya qaldıq. ABŞ tarixinin heç bir dövründə Ağ Evin bu şəkildə göründüyünü xatırlamıram. İnsanlığa qarşı bu qədər qəddar, bu qədər aciz və daha əvvəl heç vaxt görülməmiş topluluq. Bu rejimin dövlət katibi sanki ömründə siyasətin əlifbasını belə görməyib”.

Ruhani iranlı komandan general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini də xatırladıb: “Hansı hökumət bizim ali vəzifəli komandanımıza sui-qəsd təşkil edərək başqa ölkənin torpaqlarında öldürüb? ABŞ hər zaman terrorçu idi, lakin bu qədəri tarixdə görülməmişdi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm