19 yaşlı gəncin meyiti göldə tapıldı
Bizi izləyin

Region

19 yaşlı gəncin meyiti göldə tapıldı

Türkiyənin Saray rayonunda evdən çıxan gənc bir daha geri dönməyib.

Publika.az "Haber Türk"ə istinadla xəbər verir ki, Sefalan məhəlləsində yaşayan 19 yaşlı Erkan Pinar bazar günü saat 16:00 radələrində gəzintiyə çıxacağını söyləyərək evdən gedib. Onun axşam saatlarına qədər evə dönmədiyini görən ailəsi axtarışına çıxıb.

Saat 22.00 radələrində Erkan Pınarın cəsədi Kiçik Daş Ocağı gölündə tapılıb.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün cəsədi Saray Dövlət Xəstəxanasının morquna aparıblar. Ordan da Tekirdağ məhkəmə ekspertizasına təhvil veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm