Meşədə güclü yanğın - Villalar BOŞALDILDI
Bizi izləyin

Region

Meşədə güclü yanğın - Villalar BOŞALDILDI

Antalyanın Kaş rayonunda, Çukurbağ yarımadasında baş verən meşə yanğını nəzarət altına alınıb.

Publika.az IHA-ya istinadla xəbər verir ki, gecə saat 01:45 radələrində başlayan və ərazidəki villaları təhlükə altına salan yanğının soyutma işləri davam etdirilir.

Təhlükəsizlik məqsədi ilə villalarda yaşan sakinlər ərazidən təxliyə ediliblər.

Yanğının səbəbi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm