Yunanlar türk yaxtasına atəş açdı: Akardan SƏRT AÇIQLAMA
Bizi izləyin

Region

Yunanlar türk yaxtasına atəş açdı: Akardan SƏRT AÇIQLAMA

Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus katerlərin Türkiyə ərazi sularında yaxtaya atəş açdıqları məlum olub.

Axar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxtanın kapitanı Fərhad Koray Datça limanında Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşlarına bununla bağlı şikayət edib.

Məlumata görə, cümə axşamı günü Aydın sahillərindən çıxaraq Muğlaya tərəf üzən Türkiyə yaxtasına müdaxilə edib:

“Əvvəlcə havaya xəbərdarlıq atəşəi açaraq bizi Yunanıstan ərazi sularına girməyə məcbur etdilər. Amma biz Türkiyənin ərazi sularında üzürdük. Daha sonra səhər saatlarında bizə tərəf yaxınlaşan Yunanıstan sahil mühafizəçiləri tərəfindən ikinci dəfə atəşə məruz qaldıq”, - kapitan bildirib.

Türükiyənin Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında Yunannıstan tərəfinin addımlarına sərt münasibət göstərib.

“Yaxşı qonşuluq münasibətləri məsələsində bütün səylərimizə, səbrimizə baxmayaraq, Egeydəki hərəkətlərinin izahı mümkün deyil”, - Akar bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm