Türkiyə ilə İran arasında uçuşlar bərpa edilə bilər
Bizi izləyin

Region

Türkiyə ilə İran arasında uçuşlar bərpa edilə bilər

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iki ölkə arasında hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib.

“Mövcud şəraitdə tibbi qaydalara uyğun olaraq quru və hava sərhədlərinin açılması, ticarətin və malların daşınmasının bərpa edilməsi zəruridir”, - deyə Ruhani bildirib.

Öz növbəsində, Türkiyə prezidenti bu məqsədlə lazımi sərəncamların veriləcəyini qeyd edib.

Dövlət başçıları həmçinin, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm