• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

İranda son sutkada koronavirusdan 34 nəfər öldü

İranda son sutkada koronavirusdan 34 nəfər öldü

İranda ötən sutka ərzində daha 2 033 nəfər koronavirusa (COVID19) yoluxub və 1 912 nəfər sağalıb.

Publika.az xəbərə verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatına görə, indiyədək İranda 137 724 nəfər virusa yoluxub, onlardan 2 585 nəfərin vəziyyəti ağırdır. 107 713 nəfər isə sağalıb.

Məlumata görə, ötən gün ərzində 34 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 451 nəfərə çatıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 818 mindən çox test həyata keçirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR