Türkiyədə son sutkada koronavirusdan 30 nəfər öldü
Bizi izləyin

Region

Türkiyədə son sutkada koronavirusdan 30 nəfər öldü

Türkiyədə son sutka ərzində 30 nəfər koronavirusdan dünyasını dəyişib.

Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1 182 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 461, yoluxanlar isə 160 min 979 nəfərə çatıb.

Türkiyədə indiyədək 124 min 369 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm