Ekran görüntüsü paylaşdı, 130 mini OĞURLANDI
Bizi izləyin

Maraq dünyası

Ekran görüntüsü paylaşdı, 130 mini OĞURLANDI

Antalyanın Kepez rayonunda yaşayan 29 yaşlı Tayfur Sanlı iki gün əvvəl internetdə gördüyü 170 min lirə qiyməti olan avtomobili almaq üçün elan sahibi ilə əlaqə saxlayıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər qiymət məsələsində razılığa gəliblər.

Elan verən şəxs Sanlıya hər hansı bir ilkin ödəniş etməyəcəyini söyləyib. Amma ondan poçt hesabı açıb, pulu həmin hesaba yatırmasını, sonra hesabın ekran görüntüsünü ona göndərməsini istəyib.

Sanlı yaxınlıqda olan poçta gedərək, hesab açdırıb və 130 min lirə yatrım edib. Ekran görüntüsün də çəkib elan sahibinə göndərib.

Avtomobilin satışı üçün qarşı tərəfdən cavab gözləyən Sanlıya hər hansı bir xəbər verilməyib. O, dərhal poçt hesabına daxil olmaq istəyib. Amma hesaba bağlı telefon nömrəsinin dəyişdirildiyini görüb. Poçta gedərək, görüb ki, hesabında 130 min lirədən 14 lirə qalıb.

Sanlı dolandırıcılıq və dələduzluq iddiası ilə polisə şikayət edib. Polis faktla bağlı araşdırmaya başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm