Türkiyədə koronavirusdan daha 21 nəfər öldü
Bizi izləyin

Region

Türkiyədə koronavirusdan daha 21 nəfər öldü

Türkiyədə son sutka ərzində 878 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 21 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4669, yoluxanlar isə 169 min 218 nəfərə çatıb.

Türkiyədə indiyədək 135 min 322 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm