Aldadılan azərbaycanlı dənizçilər Türkiyəyə gətirildi - VİDEO
Bizi izləyin

Region

Aldadılan azərbaycanlı dənizçilər Türkiyəyə gətirildi - VİDEO

Aldadılaraq Mavritaniyaya aparılan azərbaycanlı dənizçilər "Xəzər Dəniz Gəmiçiliyi"nin dəstəyi ilə Türkiyəyə gətirilib. Yaxın günlərdə 4 dənizçinin çarter reysi ilə Azərbaycana çatdırırlması gözlənir.

Publika.az xəbər verir ki, daha yaxşı iş vədi ilə bir neçə ay əvvəl aldadılaraq Mavritaniyaya aparılan azərbaycanlı dənizçilər ötən gün Türkiyəyə gətirilib. Pandemiyadan əvvəl bu ölkəyə gedən 4 dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev epidemiya səbəbindən orda qalıb və maddi problemlə üzləşiblər. Dənizçilərin sözlərinə görə, onları Mavritaniyaya dəvət edən türk şirkəti onlara 10 min dollardan yüksək maaş vəd edib. Hətta onları işləmək üçün bir gəmiyə də aparıblar.

Dənizçilər pandemiya səbəbindən ölkəni tərk edə bilməyib və Azərbaycanın müxtəlif dövlət qurumlarına müraciət ediblər. Daha sonra Xəzər Dəniz Gəmiçiliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüblər. Onlara mütəmadi olaraq maliyyə yardımı edilib və İstanbula gəlmələri üçün biletləri alınıb.

Hazırda oteldə qalan dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana gətirilməsi gözlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm