İranda bir gündə 221 nəfər koronavirusdan öldü
Bizi izləyin

Region

İranda bir gündə 221 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2079 nəfər artıb.

Publika.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib:

"Son 24 saat ərzində koronavirusa 22079 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 250558-ə çatıb. Bir gün ərzində 221 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12305-ə çatıb"

O, həmçinin qeyd edib ki, virusa yoluxan 250558 şəxsdən 212176 nəfəri sağalıb.

Daha əvvəl İranda ölüm sayına görə anti-rekord iyunun 29-u qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 162 nəfər virusdan ölmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm