• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Türkiyədən Ermənistana ULTİMATUM: MÜHARİBƏ BAŞLASA.... - VİDEO

  • Region
  • 13 İyul 2020 14:58
  • 5 732 Baxış
Türkiyədən Ermənistana ULTİMATUM: MÜHARİBƏ BAŞLASA.... - VİDEO

“Ermənistanın hərəkəti qəbuledilməzdir. Ağlını başına toplasın! Azərbaycan yalnız deyil. Biz Türkiyə Respublikası və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın cəbhənin Tovuz istiqamətində təxribatçı hücumu barədə danışarkən deyib.

Nazir Azərbaycanın ərazi bütövlüyünün qorunması məsələsində də bundan sonra Türkiyənin əlindən gələn bütün dəstəyi verəcəyini bildirib: “Əvvəlki açıqlamalarımdan birində “Azərbaycan işğal edilmiş torpaqlar və Qarabağ məsələsində hansı həll yoluna üstünlük verirsə-versin, biz Azərbaycanın yanında olacağıq” demişdim. Bu, həssas bir cümlədir, bilərək söyləmişəm. Bu günə qədər siyasi həll yolunu da sınadıq. Hər cür həll yoluna dəstək vermişik. Amma Ermənistan nəinki siyasi həll yolu, Tovuza hücumu ilə xaos və qarşıdurma istəyən tərəf olduğunu göstərdi. Biz də Azərbaycanı bu mövzuda yalnız buraxa bilmərik. Bundan sonra da bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olacağıq. Ərazi bütövlüyünün qorunmasında hər növ dəstəyi verəcəyik”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR