Türkiyədə daha 19 nəfər koronavirusdan öldü
Bizi izləyin

Region

Türkiyədə daha 19 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində 1 008 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 19 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 382, yoluxanlar isə 214 min 001 nəfərə çatıb.

Türkiyədə indiyədək 195 min 671 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm