Türkiyədən Ermənistana daha bir SƏRT XƏBƏRDARLIQ: ağlınızı başınıza yığın!
Bizi izləyin

Region

Türkiyədən Ermənistana daha bir SƏRT XƏBƏRDARLIQ: ağlınızı başınıza yığın!

“Ermənistan hakimiyyəti ağlını başına toplamalı və Cənubi Qafqazda problemlərin deyil, həlli yollarının bir parçası olmağı tez zamanda öyrənməlidir”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ötən gün Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya cavab olaraq yayımlanan bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini ört-basdır etmək üçün Türkiyə əleyhinə riyakar qaralama kampaniyası aparmağa cəhd göstərdiyi bildirilib: “Azərbaycan torpaqlarında illərdir qanunsuz işğal aparan Ermənistanın bu ikiüzlü davranışı Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin olunmasının qarşısındakı əsl səbəbin kim olduğunu açıq-aydın şəkildə ortaya qoymaqdadır”.

Bəyanatda məzmununa aidiyyəti olmayan ittihamlar və böhtanlar ilə xarici siyasət yürütməyin nə bölgəyə, nə də Ermənistana fayda verdiyi vurğulanıb: “Bu mövqe şəxsiyyətini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüzünü qanuniləşdirməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst münasibət kədərlidir, lakin təəccüblü deyil”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm