Region
Peskovdan Rusiyadakı azərbaycanlılarla bağlı AÇIQLAMA
Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə Rusiyada yaşayan erməni və azərbaycanlılar biganə qala bilməz, əlbəttə ki, emosional reaksiyalarını göstərməlidirlər.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Moskvanın ən böyük ərzaq bazarı “Fud Siti”dəki ermənilərin azərbaycanlılar tərəfindən qovulması və erməni ticarətinin boykot edilməsinə münasibət bildirən Peskov qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həll olunacağına ümid edir. Rusiya Federasiyasındakı ermənilər və azərbaycanlılar arasındakı münasibətlər bundan asılıdır: “Bilirsiniz ki, Moskvada və ümumilikdə Rusiyada çox sayda azərbaycanlı, eyni zamanda erməni yaşayır. Onların hamısı Rusiya Federasiyasının hörmətli vətəndaşlarıdır. Mən miqrantlarla yanaşı Rusiya Federasiyasının vətəndaşı olanları da nəzərdə tuturam və hamısı cəmiyyətimizin hörmətli üzvləridir”.
Qeyd edək ki, iyulun 17-də Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan və Azərbaycan arasındakı sərhəddəki vəziyyəti müzakirə etdilər. Bundan sonra Peskov Moskvanın Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimini təmin etmək üçün vasitəçilik səylərinə hazır olduğunu bildirdi.
Zümrüd
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA






















.jpg)





.jpg)








