Ərdoğan göstəriş verdi: “Bir müddət dayandırın” - Türkiyədən TƏKLİF
Bizi izləyin

Region

Ərdoğan göstəriş verdi: “Bir müddət dayandırın” - Türkiyədən TƏKLİF

“Son dövrlər gərginliyin artdığı Yunanıstan ilə danışıqlar masasına əyləşməyə hazırıq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “CNN Türk” telekanalında qatıldığı televiziya proqramında deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Aralıq dənizində “Oruç Reis” adlı elmi-kəşfiyyat, axtarış və araşdırma fəaliyyəti bir müddətlik dayandırılacaq:

"Alman mətbuatını alt-üst edən müharibənin astanası kimi bir şey yox idi, ancaq Angela Merkelin bu işdə konstruktiv töhfəsi oldu. Yunanıstanla bizim tarixi qonşuluq münasibətlərimiz var. Bu münasibəti savaş olmadan necə yenidən qura bilərik? Burada əsas problem kontinental şelf və iqtisadi zonadakı boşluqlardır. Beynəlxalq dəniz hüququ ölkələr arasında ikitərəfli mübahisələrin həllini nəzərdə tutur. Biz bütün mövzularda qeyd-şərtsiz danışmağa hazırıq”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan danışıqların davam edəcəyi üçün konstruktiv tərəf olmağı təklif edib və məsələnin bir müddət də uzadılmasını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm