İran genişmiqyaslı hərbi təlimə başladı
Bizi izləyin

Region

İran genişmiqyaslı hərbi təlimə başladı

İran cənubunda İnqilab Keşikçiləri Qvardiyası “Uca peyğəmbər 14” adlı hərbi təlim keçirir.

Publika.az “Mehr”ə istinadla xəbər verir ki, hərbi tədbirlə bağlı qvardiya açıqlama yayıb.

Hərbi təlimin sonuncu mərhələsi “Ya Əli bin Abu Talib” adlanır. Bu mərhələ iyulun 28-də başlayıb.

Tədbirdə İranın elan etdiyi yeni texnika sınaqdan çıxarılır.

Təlimlər İranın Hürmüzqan əyaləti, Hürmüz boğazı və körfəzdə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm