Avtomobilini park etmək istəyən qadını döydülər - VİDEO
Bizi izləyin

Region

Avtomobilini park etmək istəyən qadını döydülər - VİDEO

Avtomobilini iş yerinin qarşısına park etmək istəyən qadın döyülüb.

Publika.az
"Haberler"e istinadla xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində qeydə alınıb.

Məlumata görə, Zeliha Ö. maşını park etmək məqsədilə dükanın qarşısındakı oturacaqları kənara çəkib. Lakin ofis işçisi qadının bu hərəkətinə qarşı çıxıb.

Sosial şəbəkələrdə onların mübahisəsinin əks olunduğu kadrlar yayımlanıb.

Mübahisə zamanı yerə yıxılıb başını əzən qadın polisə şikayət edib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm