Türkiyənin 10 vilayətində həyəcan siqnalı
Bizi izləyin

Region

Türkiyənin 10 vilayətində həyəcan siqnalı

Güclü sel və daşqın Türkiyənin şimal-şərq bölgəsində yenidən böyük fəsadlar yaratmağa başlayıb.

Publika.az xəbər verir ki, Ərzurum-Artvin avtomagistralını lil basması nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb. Ərzurumun Tortum Rayonu ərazisində yaranan kilometrlərlə uzanan maşın tıxacı getdikcə daha da artır. Magistralın açılması üçün təbii fəlakət bölgəsinə ağır texnikalar cəlb olunub.

Metroloqlar avqustun 3-dən etibarən Türkiyənin ən azı on vilayətində daşqınlar yaradacaq güclü yağış olacağını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm