Beyrut partlayışında İstanbul detalı
Bizi izləyin

Region

Beyrut partlayışında İstanbul detalı

Livanın paytaxtı Beyrutda baş verən terror aktında Türkiyə detalı açıqlanıb.

Publika.az xəbər verir ki, Sənaye və Texnologiya naziri Mustafa Varank Beyrut limanında partlayışa səbəb olan 2 min 750 ton ammonium nitratın 6 il əvvəl İstanbul boğazından keçirilərək Livana aparıldığını qeyd edib.

Nazir bununla “Kanal İstanbul” layihəsinin Türkiyə üçün strateji təhlükəsizlik məsələsi olduğuna vurğu qoyub:

“Hamımızın ürəyinin yandığı partlayışa səbəb olan 2 min 750 ton ammonium nitrat 6 il əvvəl Beyruta gedərkən İstanbul boğazından keçib. Cənab prezidentimizin təkidlə üzərində dayandığı “Kanal İstanbul” sadə məsələ deyil, Türkiyə üçün strateji əhəmiyyəti böyükdür”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm