İranda ölənlərin sayı 18 mini keçdi
Bizi izləyin

Region

İranda ölənlərin sayı 18 mini keçdi

İranda COVİD-19 xəstəliyi səbəbilə dünyasını dəyişənlərin sayı 18 mini ötüb.

Publika.az xəbər verir ki, bu barədə dövlət televiziyasına açıqlamasında Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari deyib.

Onun sözlərinə görə, son sutka ərzində 2 min 450 yeni yoluxma qeydə alınıb. Onlardan 1145 nəfəri xəstəxanaya yerləşdirilib. Beləliklə, ümumi yoluxma sayı 322 min 567-yə çatıb. Onlardan 4 min 136 nəfərinin vəziyyəti kritikdir.

Bu günədək 279 min 724 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm