Türkiyə ordusu PPK terrorçularını MƏHV ETDİ
Bizi izləyin

Region

Türkiyə ordusu PPK terrorçularını MƏHV ETDİ

PKK-nın İraqdakı daha bir neçə terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Publika.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində bildirilib.

Qeyd edilib ki, İraqn şimalındakı Asos ərazisində yeddi terrorçu hava zərbəsi ilə məhv edilib. Silahlıların yeri Türkiyənin xüsusi xidmət orqanlarının və Silahlı Qüvvələr komandanlığının koordinasiyalı işi nəticəsində müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK meydana çıxdığı 1984-cü ildən 2020-ci ilin martına qədər ölkədə qanlı cinayətlər həyata keçiriblər. Terror təşkilatı tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm