Region
Ərdoğan ekskavator sürdü - FOTO
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyilə inkişaf etdirilən ilk milli, rezin təkərli elektrik mühərrikli ekskavatoru işlədərək sınaqdan keçirib.
Publika.az xəbər verir ki, Kocaeli vilayətinin Gebze qəsəbəsindəki TÜBİTAK Mükəmməllik Mərkəzinin açılışı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gerçəkləşib. Çıxışında Türkiyənin xarici və daxili siyasətinə, gündəlikdə duran məsələlərə geniş yer ayıran dövlət başçısı əminliklə ifadə edib ki, Türkiyə istehsalat sahəsindəki dinamik inkişafı bundan sonra da qoruyacaq.
Mərasimdə Sənaye və Texnologiya naziri Mustafa Varank yeni istehsal layihəsi barədə ətraflı məlumat verib. TÜBİTAK-ın dəstəyilə reallaşan elektrik mühərrikli ekskavator 2021-ci ilin sonundan ardıcıl olaraq istehsala cəlb olunacaq. Səssiz çalışan elektrikli vasitə, xüsusilə şəhər içində narahatlıq yaratmadan hərəkət edəcək. Yeni ekskavatorlar 3,5 saatlıq elektrik yüklənməsindən sonra 8 saat fasiləsiz çalışa biləcək.
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO