Ruhanidən Trampa SƏRT CAVAB: “Səmimi idinizsə...”
Bizi izləyin

Region

Ruhanidən Trampa SƏRT CAVAB: “Səmimi idinizsə...”

Siz hər zaman savaş və çıxılmazlığın izində idiniz.

Publika.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın ünvanına deyib.

Nazirlər Kabinetinin iclasında çıxış edən Ruhani Trampın yenidən prezident seçiləcəyi təqdirdə İranla razılaşma əldə edəcəyinə dair açıqlamasını tənqid edib: “İran ilə problemləri həll etmək məsələsində səmimi idinizsə, bu gün niyə İran xalqına düşmənçilik edirsiniz?”.

ABŞ-ın İrana qarşı silah embarqosunu daimiləşdirmək üçün BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qanun layihəsinə işarə edən İran prezidenti bu layihənin nüvə razılaşmasını dəstəkləyən BMT TŞ-nin 2231 saylı qərarına zidd olduğunu dilə gətirib.

Qeyd edək ki, Donald Tramp bazar günü Nyu Cersidəki çıxışında yenidən prezident seçkilərində qalib gələcəyi təqdirdə 4 həftə ərzində İran ilə razılıq əldə edəcəyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm