Ərdoğandan Makrona SƏRT CAVAB: onun kimilər...
Bizi izləyin

Region

Ərdoğandan Makrona SƏRT CAVAB: onun kimilər...

“Bəziləri kimi şou yaratmaq üçün deyil, əzəli və əbədi qardaşlığımız üçün Livandayıq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərləri ilə toplantısında deyib.

Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Aralıq dənizindəki fəaliyyətindən narahat olaraq bölgəyə ordu yeritməsinə hiddətlənən Ərdoğan həmkarını istismarçılıqda ittiham edib: “Makron və onun kimilərin dərdi yenidən istismarçı quruluşu ayağa qaldırmaqdır. Bizim belə dərdimiz yoxdur. Biz insani və islami vəzifəmizi yerinə yetirdik. Türkiyə heç bir mənfəət arxasınca qaçmadan Livan xalqının yanında olmağa davam edəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm