BMT TŞ imtina etdi, İsrail qərarı "çirkin" adlandırdı
Bizi izləyin

Region

BMT TŞ imtina etdi, İsrail qərarı "çirkin" adlandırdı

BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah embarqosunun müddətini uzatmaqdan imtina etməsi çirkin qərardır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İranın sərgilədiyi təcavüz nəinki regiona, bütün dünyaya təhdiddir: “İranın təcavüzünə qarşı ABŞ və bölgədəki ölkələrlə sıx əməkdaşlığa davam edəcəyik”.

Qeyd edək ki, ABŞ-ın İrana silah embarqosunun uzadılması barədə qanun layihəsini BMT Təhlükəsizlik Şurası qəbul etməyib. Nüvə sazişinin şərtlərinə görə, İrana silah idxalına qoyulan məhdudiyyət oktyabrın 18-də başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm