• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

Yunan professordan ETİRAF: “Türkiyə haqlıdır, yunanlar həqiqətdən xəbərsizdir”

  • Region
  • 21 Avqust 2020 15:04
  • 1 184 Baxış
Yunan professordan ETİRAF: “Türkiyə haqlıdır, yunanlar həqiqətdən xəbərsizdir”

Yunanıstanınlı beynəlxalq hüquq üzrə professor Aleksis İraklidis son vaxtlar gərginlik yaşanan Şərqi Aralıq dənizi və Egey məsələlərində Türkiyənin haqlı olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, professor Yunanıstanda hər kəsin həm Egey, həm də Aralıq dənizi məsələlərində yunanların haqlı olduğunu düşündüyünü, ancaq həqiqətin fərqli olduğunu deyib:

"Egeydə həqiqət tamamilə fərqlidir. Egeyin Yunanıstan dənizi olduğunu düşünürük. Ancaq belə deyil, tərəflərin Egeydəki qanuni arqumentləri əslində 6 məsələdə bərabərdir. Türkiyənin Aralıq dənizində Misirdən daha böyük bir sahil xətti var. Buna baxmayaraq, Türkiyənin hüquququ yox deyirik".

Türk tezisinin daha rasional və elmi olduğunu vurğulayan professor Afina rəhbərliyi tərəfindən müdafiə olunan 12 mil torpaq quru sularının, 10 mil sahil xəttinin və birtərəfli olaraq təyin edilmiş qitə şelfinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR