Türkiyədə virus qurbanlarının sayı 6 mini keçdi
Bizi izləyin

Region

Türkiyədə virus qurbanlarının sayı 6 mini keçdi

Türkiyədə son sutka ərzində 1 203 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 22 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 080, yoluxanlar isə 255 min 723 nəfərə çatıb.

Türkiyədə indiyədək 235 min 569 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm