Region
Türkiyədə SEL FƏLAKƏTİ: 4 nəfər öldü, 11 nəfər itkin düşdü - FOTO - (YENİLƏNDİ)
Türkiyənin Girəsun və Rizə bölgələrinə yağan güclü yağış faciə və fəsadlara yola açıb. Təbii fəlakət Girəsunun yeddi rayonunu əhatə edib. Ən böyük dağıntı Dərəli rayonundadır. Son məlumata görə, ümumilikdə sel nəticəsində dörd nəfər ölüb, dördü polis olmaqla 11 nəfər itkin düşüb. Həyatının itirənlərdən biri polisdir.
Publika.az xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakətin miqyası ilə yerində tanış olub. Nazir bildirib ki, təbii fəlakət böyük miqdarda zərər vurub.
Girəsunda sel yolları yuyaraq dağıdıb. Selin dağlardan gətirdiyi böyük daşlar və ağac kötükləri məhəllələri, yolları basıb. Onlarca maşın yararsız hala düşüb, çox sayda nəqliyyat vasitəsini sel aparıb. Tikililərin birinci mərtəbəsi su altında qalıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri 133 nəfəri fəlakətdən xilas edib. Bölgədəki xilasedici dəstələr və ağır texnika fəaliyyətini davam etdirir. İtkin düşənlərin axtarışı və fəsadların aradan qaldırılması işlərinə xüsusi qruplar, çox sayda texnika cəlb olunub. Türkiyə Silahlı Qüvvələri təbii fəlakət bölgəsinə kömək üçün bir helikopter göndərib. Bölgədəki 118 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Rizədə isə 5 və 6 mərtəbəli iki yaşayış binasının bünövrəsi yuyulduğu üçün tikililər qəzalı vəziyyətə düşüb. Otuz sakin təxliyə olunub. Sel və daşqın səbəbindən yollar dağılıb.
***
11:20
Türkiyənin Giresun bölgəsinin Dereli rayonunda yağan güclü yağışlar sel ilə nəticələnib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində biri əsgər olmaqla 3 nəfər həlak olub, 11 nəfər itkin duşub, 127 nəfər təxliyə olunub.
Sel səbəbiylə Giresun-Dereli-Sivas quru yolu bağlanıb.
Daxili İşlər naziri Süleyman Soylu bölgəyə gəlib.
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi