Türkiyədə virusdan ölənlərin sayı artdı
Bizi izləyin

Region

Türkiyədə virusdan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində 1 502 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 24 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 163, yoluxanlar isə 261 min 194 nəfərə çatıb.

Türkiyədə indiyədək 238 min 795 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm