Koronavirusa qalib gələn həkim: “Nələr çəkdiyimi görsəydilər...”
Bizi izləyin

Region

Koronavirusa qalib gələn həkim: “Nələr çəkdiyimi görsəydilər...”

Koronavirusa qalib gələn türkiyəli həkim Orxan Yıldız insanları ehtiyat tədbirlərinə əməl etməyə səsləyib.

Publika.az xəbər verir ki, Yıldız “Bu xəstəlikdə nələr çəkdiyimizi insanlar görsə, bir qayda olaraq maska və sosial məsafə qaydalarına əməl edərdi” deyib. Çox çətin günlər keçirdiyini etiraf edən həkim təəssüratlarını paylaşıb:

“Xəstəlik yüngül burun axmasıyla başladı. İkinci gün temperaturum yüksəldi. Amma adi temperatur yüksəlməsi deyildi, 38-40 dərəcə arasında dəyişir. Üçüncü gün artıq dözülməz halda idim deyə klinikaya gedib analiz verdim. Axşam nəticələrin pozitiv olduğunu öyrəndim. Tomoqrafiya çəkdirdim, ağciyərlərim də ağrıyırdı. Nəfəs almaqda çətinlik çəkirdim, amma infeksiya ağciyərlərimə yerləşməmişdi. Dostlarım dərhal müalicəyə başladı. O dönəmdə də evdə müalicə olmaq imkanım var idi.

Sümüklərinizdə elə ağrılar yaranır ki, sanki partlayacaq. İynə batırıb əzələlərdəki havanı boşaltmaq istəyirsiniz. Gecələr yata bilmirsiniz. Yuxu deyilən bir şey yox idi. O dönəmdə hərəkət etmək belə iztirab idi. Məsələn, duşa girəndə bütün əzələlərinizdə şiddətli ağrılar baş qaldırır və bu, 5 gün davam etdi. Ondan sonra qoxu duyma qabiliyyətim yox oldu. İybilmənin necə möhtəşəm bir duyğu olduğunu xəstələndikdən sonra anladım. Ağızda dad yox idi, yeməkləri məcburi şəkildə yeyirsiniz. Yeməsəniz, xəstəliyə qalib gələ bilmərsiniz. Yeməklərin dadını sadəcə soyuq və istiliyə görə müəyyənləşdirirdim, başqa dad ala bilmirdim. 10 gündən sonra normal həyata qayıtdım. 14-cü gündən sonra işə qayıtdım.

İnsanlar nələr çəkdiyimi görsəydilər, bütün qaydalara ciddi şəkildə əməl edərdilər. Biz bütün qaydalara əməl edirik, amma xəstələrlə çalışırıq. Qripi ağır keçirdiyim zaman hər gün 5-10 km qaçırdım. Koronavirusa yoluxduğum zaman nəinki qaçmaqda, 1 metr gəzməkdə belə çətinlik çəkirdim. Odur ki, maska taxın, gigiyenik qaydalara əməl edin və bacardıqca sıxlıq olan yerlərdə dayanmayın”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm