Şoyqu TƏLİMAT VERDİ – Bu vasitələr Suriyaya göndərilir
Bizi izləyin

Region

Şoyqu TƏLİMAT VERDİ – Bu vasitələr Suriyaya göndərilir

Rusiya Müdafiə naziri, Ordu generalı Sergey Şoyqu sınaqdan keçirildikdən sonra "Sapsan-Konvoy" mobil çoxfunksiyalı kompleksin pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün inkişaf etdirilərək Suriyaya göndərilməsini təklif edib.

Publika.az xəbər verir ki, nazir “Ordu-2020” Beynəlxalq Hərbi-Texniki Forumunda müvafiq təlimatı verib.

"Bu cür vasitələrin inkişafına ehtiyacımız var. Əgər sınaq üçün hazırsınızsa, gəlin bunu “Qafqaz-2020” strateji komandanlıq və qərargah təlimlərində sınaqdan keçirək. Əgər özünü yaxşı sübut etsə, onu Suriyaya göndərəcəyik", - S.Şoyqu deyib.

"Sapsan-Konvoy" əsas uçuş vasitələrini aşkarlayaraq dronlara qarşı mübarizə aparır.

Qeyd edək ki, bundan əvvəl də Rusiyada yeni hücum helikopterinin sınaqdan keçirildiyi bildirilmişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm