Türkiyədə virusdan ölənlərin sayı yenə ARTDI
Bizi izləyin

Region

Türkiyədə virusdan ölənlərin sayı yenə ARTDI

Türkiyədə son sutka ərzində 1 517 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 36 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 245, yoluxanlar isə 265 min 515 nəfərə çatıb.

Türkiyədə indiyədək 241 min 809 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm