Türkiyədə koronavirusa yoluxma halı HƏR GÜN ARTIR
Bizi izləyin

Region

Türkiyədə koronavirusa yoluxma halı HƏR GÜN ARTIR

Türkiyədə son sutka ərzində 1549 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 39 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 284, yoluxanlar isə 267 min 064 nəfərə çatıb.

Türkiyədə indiyədək 242 min 812 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm