Çavuşoğlu: Bu, müharibəyə səbəb ola bilər
Bizi izləyin

Region

Çavuşoğlu: Bu, müharibəyə səbəb ola bilər

Yunanıstan Egey sərhədlərini 12 milə kimi artıra bilməz.

Publika.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib. Nazir qeyd edib ki, bu, müharibəyə səbəb ola bilər:

“Yunanıstanın dəniz sərhədini 6 mildən 12 milə qədər artırmasına icazə vermərik. Bunu da çox açıq şəkildə söyləyirəm. Yunanıstan keçmişdən bu günə qədər olan müqavilələri pozub. “Şərtlər dəyişdi” deyə bəhanə gətirirlər. Onlar Avropa Birliyinə (AB) gedib, “Türkiyə bizə təzyiq göstərir” deyirlər. Nə edirlərsə etsinlər, bu, bizim Kiprdəki söz haqqımızı dəyişdirməz. Hazırda yunanların atdığı addımlar Türkiyəni narahat etməyə yönəlib. Şərqi Aralıqda lazım olan addımları atdıq. Bizə qarşı təxribatlara davam edərlərsə, həmin addımları yenidən təkrarlayacağıq. Cənab Ərdoğanın bununla bağlı göstərişləri var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm