Türkiyədə daha 44 nəfər virusun qurbanı oldu
Bizi izləyin

Region

Türkiyədə daha 44 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 1 587 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 44 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 6 370, yoluxanlar isə 270 min 133 nəfərə çatıb.

Türkiyədə indiyədək 244 min 926 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm