Dünyanın diqqəti O TARİXDƏ - Proqram açıqlandı
Bizi izləyin

Region

Dünyanın diqqəti O TARİXDƏ - Proqram açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Millətlər Təşkilatının 75-ci sessiyası çərçivəsində 22 sentyabrda çıxış edəcək.

Publika.az xəbər verir ki, rus liderin çıxışı videoformatda olacaq.

BMT-nin açıqladığı ilk proqrama əsasən, Putin ilk gün çıxış edəcək liderlər arasında yeddinci olacaq.

Ondan əvvəl Braziliya, ABŞ, Türkiyə, Çin, Kuba, Çili prezidentləri danışacaq.

İran və Fransa prezidentlərinin Putindən sonra çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, sessiya 22-29 sentyabrda baş tutacaq.

Əlavə edək ki, koronavirus pandemiyasına görə BMT-nin builki sessiyası videoformatda olacaq. Lakin təşkilat liderlərin ümumi mərkəzi şəxsən ziyarət etməsini qadağan etməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm